Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gulescimiz Avropa cempionu oldu

29 views11/03/2016

20:56

22:52 – xeber – Güləş üzrə Azərbaycan yığmasının üzvü Nataliya Sinişin Avropa çempionatının qızıl medalını qazanıb.

Axar.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionatın dördüncü günündə qadın və sərbəst güləşçilər mübarizəni yekunlaşdıracaqlar.

Mübarizəyə 1/8 finalda başlayan yığmamızın üzvü Natalya Sinişin (58)  kq ilk görüşdə belaruslu Veronika İvanova qalib gəlib, ardınca isə Anna Vasilyenko (Ukrayna) və Elin Yohanna Nilssonla (İsveç) dueldən qalib ayrılıb. Rəqiblərini müvafiq olaraq, 5:0 və 12:2 hesabı ilə məğlub edən Sinişin finala yüksəlib.

Avropa çempionatında ilk titul arzusunda olan idmançı həlledici görüşdə Qrays Yakob Bullenlə (Norveç) görüşüb. Qarşılaşma təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Sinişin karyerasında ilk dəfə qitənin ən güclüsü ünvanını qazanıb.

Xatırladaq ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler