Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gulescilerimiz uc medal qazandilar – Bakida

7 views25/11/2016

18:56

– xeber –
Noyabrın 25-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində ikinci gününün qalibləri müəyyənləşib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, əllidən çox ölkədən 700-dək pəhləvanın mübarizə apardığı yarışın ikinci günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Azərbaycan güləşçiləri yarışı bir gümüş və iki bürünc medalla başa vurublar. Güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla irəliləyib. Ancaq güləşçimiz final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıblar. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) bürünc medal uğrunda görüşləri uduzaraq beşinci yerdə qərarlaşıblar.
Turnirin birinci günündə Azərbaycanın sərbəst güləşçiləri 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler