Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gulenin “konstitusiya”si ortaya cixdi

8 views28/11/2016

08:32

– xeber –
FETÖ-nun konstitusiya üçün hazırladığı sənədlər ortaya çıxıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sənədin ilk maddəsi “xidmət hərəkatı” ilə bağlıdır.
Birinci maddəyə görə, qondarma hərəkata qoşulmayan şəxslər müsəlman hesab olunsalar da, “qardaş” qəbul edilə bilməz.
100 maddəlik “konstitusiya”da təşkilat üzvlərinin, imamların, vilayət və rayonlardakı məsul şəxslərin hüquq və vəzifələri qeyd olunub.
Təşkilatın nizamnaməsinə görə, “xidmət” üzvü olan şəxslər başqa bir işlə məşğul ola bilməz.
Sənəddə diqqət çəkən “maddə”lərdən biri də Quranla bağlıdır. Belə ki, təşkilat Quran təhsilini yalnız Gülənin moizələri əsasında öyrədilməsini nəzərdə tutur.
Sənədlərdə FETÖ-ya dəstək verən iş adamları üçün xüsusi maddə yer alıb. Bu maddədə şirkətlərə xüsusi nəvaziş göstərilməsinin vacibliyi qeyd olunub.
Ayrıca, xidmətin maraqlarını nəzərə almaq şərtilə iş adamlarının istənilən tələbini yerinə yetirmək təlimatı verilib.
Qondarma konstitusiyada siyasətçilərin, yaxud ictimai fəalların təşkilata üzvlüyü məqbul sayılmır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler