Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gulay: "Qurban sene, ere get, sonra basa duseceksen…" (FOTO)

23 views18/11/2016

10:48

18 Noyabr 2016 12:44 – xeber –
Olkem.az müğənni Gülay Zeynallının qafqazinfoya müsahibəsini təqdim edir:
– Siz xalq və bəstəkar mahnıları ifa edirsiz. Həmçinin, “Xalq ulduzu” müsabiqəsinin yetirmələrindənsiz. Xalq mahnıları ifa etməyinizə baxmayaraq şou-biznesin bir üzvüsüz. Adətən sizin tərzdə oxuyan ifaçılar bir qədər bu arenadan uzaq gəzməyə üstünlük verirlər…
– Hər sənətçinin bu arenada tanınmağında müxtəlif məsələlər rol oynayır. Kimisi qalmaqal, kimisi başına gələn hadisə, kimisi isə klipi və layihəsi ilə yadda qalır. Mən “Xalq ulduzu” müsabiqəsinə kimi evdə boş oturmamışam. Asəf Zeynallı adına Musiqi Məktəbi və Azərbaycan Milli Konservatoriyasında təhsil almışam. Öz üzərimdə çox işləyirdim. Həmçinin, dövlət tədbirlərində çıxış edirdim, xeyli səfərlərimiz olurdu.
Daha sonra müsabiqə barədə xəbər tutdum. Düzdür, yarışa müraciət edən iştirakçılar çox idi. Seçilən 18 iştirakçı arasına daxil ola bildim. Tanınmağımda həmin layihənin böyük rolu oldu. Baxmayaraq ki, mən “Xalq ulduzu”nda 6-cı yeri tutmuşdum. Gərək insanın naxışı olsun. Müğənni məşhur olduqdan sonra arxayınlaşmamalıdır. Relsə düşdükdən sonra bu sənətə davam etməlisən. Mən də bacardığım qədər qalmaqaldan uzaq gəzdim.
– Naxış deyəndə nəyi nəzərdə tutursuz?
– Birnci növbədə Allahın qisməti olmalıdır. Naxışı Allah yazır. İnsan özü-özünə naxış çəkə bilməz. Özümü uğurlu insan hesab edirəm. Allah gec də olsa, bütün istəklərimi mənə nəsib edib. Mənə nəsib olunanlara da naxış deyilir.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler