Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gonderdiyin acilar surusur qucagimdan…

2 views12/01/2018

23:34


[r32]
– xeber –
Kult.az şair Faiq Balabəylinin “İlahi, dost demişəm sənə” şeirini təqdim edir:
İlahi, dost demişəm,
dost demişəm mən sənə
əlini uzat, yapış nə olar tut, əlimdən
ətəyindən tutmuşam, ya dur kəs ətəyini
ya da qoy qanı damsın ətəyinə, əlimdən.

İlahi, sən verdiyin boyum, buxunum bu cür
uzağım çox uzağdı, yaxınım da ki,… bu cür
bax, elə “bu cürələr” məni içdən çürüdür,
başqa nə bacarırsan, de nə gəlir əlindən…

İlahi, bu dağı ki sən çəkmisən sinəyə
yamacı kol-kos olar, həsrət qalar çiçəyə
tut e əlimdən mənim, qaldır gəlim köməyə
qulaqların tutulsun ahımdan, sitəmimdən…

İlahi, mən bilirəm…
sən də yaxşı bilirsən
verdiyin əzablara dodaq qaçırıb gülsəm,
əlimin arxasıyla gözümün yaşın silsəm,
daha nələr yazacaq alnıma qələmindən.

İlahi, gəl əfv elə, bu dəfə keç suçumdan
Göndərdiyin acılar sürüşür qucağımdan
amma yerə toxunmur, – ayağımdan, qıçımdan
yapışıblar, necə ki tutmuşam ətəyindən…

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler