Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gomrukculer mudhis firildagin ustunu acdi

28 views12/03/2016

13:08

15:02 – xeber – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 3448,4 qram çəkisində qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.
 
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Azərbaycan vətəndaşına məxsus baqaj tomoqraf qurğusu vasitəsilə yoxlanılarkən monitorda zərgərlik məmulatına bənzər əşyaların təsvirləri görünüb.
 
Bundan sonra həmin vətəndaş təkrar gömrük baxışı keçirilməsi üçün yoxlama otağına dəvət olunub. O, gömrük bəyannaməsinin bəndləri üzrə sorğu-sual edilsə də, gömrük əməkdaşlarına üzərində və əl yükündə mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin təkrar yoxlama zamanı onun baqajının içərisindəki qadın çantasında, gömrük nəzarətindən gizlədilən, əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən 4 ədəd qızıl zəncir aşkar edilib. Ümumi çəkisi 817 qram olan bu zəncirlər həmin çantanın qulpu əvəzinə taxılmış vəziyyətdə aşkar olunub.
 
Bakı-İstanbul aviareysilə getmək üçün Hava Limanına gələn Azərbaycan Respublikasının digər vətəndaşı isə boynundakı zəncirin böyüklüyü şübhə doğurduğuna görə saxlanılıb və müvafiq qaydada sorğu-sual edilib.
 
Vətəndaş üzərində mütləq bəyan olunası əşyaların olmadığını bildirsə də, şəxsi baxış məqsədilə yoxlama otağına dəvət olunarkən qeyri-səmimi şəkildə boynundakı zəncirin gah bürüncdən, gah da gümüşdən hazırlandığını söyləyib. Buna baxmayaraq, qızıldan hazırlanması şübhə doğurduğuna görə həmin zəncir hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq protokol əsasında götürülüb və ekspertizaya təqdim edilib. Sonda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının nəticələri gömrükçülərin şübhələrini təsdiqləyib. Tədqiqata təqdim edilən predmetin çəkisi 1241,1 qram təşkil edən qızıl-zinət əşyası olduğu müəyyənləşib.
 
Bundan başqa, Azərbaycan Respublikasının daha bir vətəndaşı eyni üsulla qızıl-zinət əşyasını gömrük sərhədindən keçirməyə cəhd göstərib.
 
Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn həmin şəxs də boynundakı zəncirin böyüklüyü və qiymətli metaldan hazırlandığı şübhə doğurduğuna görə saxlanılıb. Şəxsi yoxlama zamanı sözügedən vətəndaş gömrük nəzarətindən keçərkən boynundakı bəyan etmədiyi zəncirin qızıldan hazırlandığını etiraf edib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən həmin qızıl-zinət əşyasının çəkisinin 1390,3 qram olduğu müəyyən edilib.
 
Hər üç faktla bağlı araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler