Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gomruk postunda sixligin sebebi aciqlandi

22 views19/02/2016

10:12

12:06 – xeber – Fevralın 18-də bir sıra kütləvi informasiya vasitələri Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı məlumat yayıb.
 
Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar sərhəddə yerləşən Novo-Filə-Şirvanovka gömrük-keçid məntəqəsində yubanma halı qeydə alınıb.
 
Adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar Yaraq-Qazmalar-Samur gömrük-keçid məntəqəsinə yönləndirilib. Nəticədə Yaraq-Qazmalar gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda sıxlığın yaranmasına səbəb oluib.
 
Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması ilə qısa vaxt ərzində sıxlıq aradan qaldırılıb. Hazırda Samur gömrük-keçid məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler