Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gencede qalmaqal: "Neftci" rehberliyi etiraz etdi – Foto

12 views27/11/2016

14:12

– xeber –
Topaz Premyer Liqanın 13-cü turunun “Kəpəz” – “Neftçi” oyunu zamanı tribunada gərginlik yaşanıb.
Qol.az-ın xəbərinə görə, mərkəzi tribunada əyləşən “Neftçi” klubunun əməkdaşları ilə yerli azarkeşlər arasında mübahisə düşüb. Bundan sonra polislər qonaq komandanın nümayəndələrini “Neftçi” azarkeşlərinin oturduğu tribunaya göndəriblər.
Bu isə fəxri qonaqlar üçün yerdə əyləşən “Neftçi”nin vitse-prezidenti Orxan Hüseynzadə və müavini Elnur Eyvazovun etirazına səbəb olub. Onlar oranı tərk edərək komandasının fanatlarının oturduğu yerə gediblər.
Bəzi məlumatlara görə, matçı tribunadan canlı izləyən Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə "Neftçi" rəsmiləri arasında da mübahisə yaranıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler