Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gencede bir aileni masin vurdu – Yenilendi

11 views06/11/2016

21:24

23:19 – xeber – 14:33
 
Gəncə şəhərində ağır yol qəzası baş verib.
 
APA-nın məlumatına görə, VAZ 2105 markalı minik avtomobili Heydər Əliyev prospektində 1990-cı il təvəllüdlü Aygül Adgözəlova, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elxan Binnətov və övladları –  6 yaşlı Validə və 7 yaşlı İsraili vurub.
 
Onlar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
 
E. Binnətov və övladlarına ilkin tibbi yardım göstərildikdən sonra ambolator müalicəyə buraxılıblar. A. Adgözəlova isə müxtəlif dərəcəli xəsarətlər aldığı üçün xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdıra aparılır.
 
***
 
Gəncədə ata, ana və övladlarını avtomobil vurub.
 
APA-nın verdiyi məlumata görə,  hadisə şəhərin heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini,  34 yaşlı Əziz Tanrıverdiyev idarə etdiyi “VAZ 2104” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidindən keçmək istəyən 28 yaşlı Elxan Binnətovu, onun həyat yoldaşı 26 yaşlı Aygül Adıgözəlova və övladları 6 yaşlı Validə ilə 7 yaşlı İsraili vurub.
 
Xəsarət alanlar dərhal Gəncə şəhər Təcili Tİbbi Yardm xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Aygül Adıgözəlovanın vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinin  vəziyyəti isə normaldır.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler