Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gence Beyannamesi qebul edildi

10 views23/11/2016

22:40

– xeber –
Noyabrın 23-də Gəncədə BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 11-ci sessiyasının nəticəsi olaraq Gəncə Bəyannaməsi (“Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi”) qəbul edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, sənəddə əsasən, BMT-nin 2016-2030-cu illərdə Davamlı İnkişaf Məqsədlərinin milli strategiyalara uyğunlaşdırılması və milli səviyyədə koordinasiya mexanizmlərinin yaradılmasında SPECA-nın rolu, sərhəd keçidi və gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin genişləndirilməsi, enerji daşıyıcılarının maneəsiz tranzitinə dair əməkdaşlığın davam etdirilməsi məsələləri əksini tapıb.
Bəyannamə, həmçinin ticarətin asanlaşdırılması, investisiyaların təşviqi vasitəsilə açıq dənizə çıxışı olmayan ölkələrə dəstək verilməsi, habelə transsərhəd ekoloji problemlərin, iqlim dəyişikliyi və təbii fəlakətlərin təsirlərinin minimuma endirilməsi, işçi-miqrantların hüquqlarının müdafiəsi, təhsil və səhiyyə sahələrində əməkdaşlıq, UNECE və UNESCAP katiblikləri tərəfindən üzv ölkələrə Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsi üçün dəstək verilməsi və digər istiqamətləri özündə ehtiva edir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler