Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Genc qiz direktor teyin edildi – Foto

10 views21/11/2016

09:00

– xeber –
Türkiyənin aparıcı tikinti qruplarında satış və marketinq direktoru vəzifəsini yerinə yetirmiş Bahar Düzgün, “Azərsun Holdinq”in Bakıda həyata keçirdiyi “Dreamland Country & Life” layihəsinin Satış və Marketinq Bölməsinə direktor təyin edilib.
Marja xəbər verir ki, Bahar Düzgün, “Yüksəliş” Kolleci və “Bilkənd” Universitetindən Bank və Maliyyə Bölümündən məzun olduqdan sonra “Süzer Holding”də Satış və icarə müdiri olaraq iş həyatına başlayıb. “Rixos Grup FTG Development”də Satış və Marketinq Baş Direktor Müavini vəzifəsini yerinə yetirmiş Düzgün, daha sonra “Emay İnşaat”, “Türkerler Holding” və “Erkanlı Grup” kimi tikinti sektorunun nəhəng şirkətlərində satış və marketinq direktorluğu edib.
Bahar Düzgün, 2016-cı ilin oktyabr ayından etibarən Azərbaycanın aparıcı holdinqi – “Azərsun Holdinq”in “Dreamland Country & Life” Layihəsinin Satış və Marketinq departamentinə rəhbər təyin edilib.
“Dreamland” (Xəyal Adası) Bakıda Binə qəsəbəsində 330 hektar sahədə yerləşən unikal bir yaşayış kompleksidir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler