Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Gelen il butun suallara cavab tapilacaq…

8 views23/11/2016

06:48

– xeber –
Tramp Yaxın Şərq siyasətini arxa planda saxlaya və bu regionda aktivliyi azalda bilər.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik ABŞ-ın Yaxın Şərq siyasətində prinsipial dəyişikliklərin olacağını düşünmür:
“Baxış, problemlərə yanaşma eyni olaraq qalacaq. Fərqlər yalnız problemin həlli yolları ilə bağlı ola bilər ki, bu da təbiidir. Mümkündür ki, Donald Tramp Yaxın Şərq siyasətini bir az arxa planda saxlasın və aktivliyi azaltsın. Hər halda Amerikanın yeni prezidentinin indiyə qədərki çıxışlarından belə nəticəyə gəlmək olar. Ancaq o da faktdır ki, onun açıqlamaları birmənalı qarşılanmadığı kimi, biri-birini təkzib də edib. Bu səbəbdən Trampın yürüdəcəyi xarici siyasəti barədə konkret nəsə söyləmək çox tezdir. Qarşıdan gələn il ərzində bütün suallara cavab tapılacaq”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler