Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Fuzulide tank eleyhine raket tapildi

10 views24/11/2016

14:16

– xeber –
Füzuli rayonunda partlamamış hərbi sursat aşkar edilib.
ANAMA-dan Axar.az-a verilən məlumata əsasən, Füzuli rayonunun Babı kəndində Muğan kanalının yaxınlığında 1 ədəd partlamamış hərbi sursat (PQ-9 tank əleyhinə raket) aşkar edilərək götürülüb.
ANAMA tərəfindən 350 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik aprelin 7-dən noyabrın 24-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirib, 3 957 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 45 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler