Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Fransadan tehlukeli qrip epidemiyasi barede xeberdarliq

9 views11/01/2017

19:00


[r32]
– xeber –
Fransanın Səhiyyə Nazirliyi ölkəni təsiri altına alan təhlükəli qrip epidemiyası səbəbindən xəstəxanalara hazır olmaları barədə xəbərdarlıq edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, epidemiyanın getdikcə yayıldığını və hazırda ölkədəki 850 xəstəxananın 142-də vəziyyətin ağır olduğunu bildirən Marisol Touraine səhiyyə müəssisələri ilə yanaşı, tibb işçilərinin də hazırlığının vacib olduğunu vurğulayıb.
Nazirliyin nümayəndələri 2014-2015-ci illərdə 18 min nəfərin ölümü ilə nəticələnən H3N2 virusunun səbəb olduğu epidemiyanın təkrarlanacağından ehtiyat edirlər.
Ekspertlər isə H3N2 virusunun iki illik fasilədən sonra yenidən baş qaldırdığını qeyd edərək, bunun bir neçə həftə içində ciddi epidemiyaya çevrilə biləcəyini vurğulayırlar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler