Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Fransadan ABŞ-a: Teessuf edirik…

6 views12/10/2017

21:00


[r32]
– xeber –
Fransa ABŞ-ın BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Agentliyindən (YUNESKO) çıxması ilə bağlı qərarını böyük təəssüf hissi ilə qarşılayır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
“Təşkilatın beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac duyduğu bir zamanda ABŞ-ın belə bir qərar verməsi sadəcə təəssüf hissi doğurur. Fransa təhsilin prioritet sahələrinə dəstək verən, radikalizmin və yaxud müəyyən təhlükələrin təsirinə məruz qalan mədəni irsin qorunmasında xüsusi rolu olan YUNESKO-nun prinsiplərinə sadiq qalır”, – bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ administrasiyası maliyyə vasitələrinə qənaət və YUNESKO-da antiisrail qətnamələrinin qəbuluna etiraz məsələlərini əsas gətirərək təşkilatdan çıxmaq barədə qərar qəbul edib.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler