Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Fond 708 milyon odedi

7 views23/11/2016

13:16

– xeber –
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan Axar.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 708,399 mln. manat ödənilib.
Belə ki, Parabank ASC-nin qorunan əmanətçiləri 42,862 mln. manat, Zaminbank ASC – 52,306 mln. manat, Kredobank ASC – 27,192 mln. manat, Dekabank ASC – 3,021 mln. manat, Atrabank ASC – 14,218 mln. manat, Qafqaz İnkişaf Bankı ASC – 1,926 mln. manat, Bank of Azerbaijan ASC – 24,147 mln. manat, Gəncəbank ASC – 975 min manat, Texnikabank ASC – 120,081 mln. manat, Bank Standard QSC-nin qorunan əmanətçiləri isə 421,669 mln. manat kompensasiya alıblar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler