Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Fond 681 milyon odedi

8 views08/11/2016

11:16

13:10 – xeber – Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
 
Fonddan Axar.az-a verilən məlumata görə, Parabank ASC-nin qorunan əmanətçilərinə 42 mln. 756 min manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 52 mln. 242 min manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 26 mln. 925 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 16 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 124 mln. 939 min manatdan artıq kompensasiya verilib.
 
Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 mln. 179 min manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. manatdan artıq kompensasiya ödənilib.
 
Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min manat, Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 969 min manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. manatdan artıq kompensasiya ödənilib.
 
Bank Standard QSC-nin qorunan əmanətçilərinə 394 mln. 613 min manat artıq kompensasiya ödənişi baş tutub.
 
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 680 mln. 760 min manatdan artıq kompensasiya ödənilib.
Sosial səhifələrdə paylaş

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler