Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Flora Kerimova agladi: "Qazani menim sayemde qaynayirdi" (FOTO)

14 views24/11/2016

15:40

24 Noyabr 2016 17:37 – xeber –
ARB TV-nin efirində yayımlanan "Evgördü" verilişinin qonağı olan xalq artisti Flora Kərimova maraqlı açıqlamalar verib.
Olkem.az xəbər verir ki, danışarkən göz yaşlarını saxlaya bilməyən xalq artisti həsrət çəkdiyini vurğulayıb: "Oğlum Almaniya, qızım isə İngiltərədə yaşayır. Oğlumun yanına 1 dəfə getmişəm. Qızım isə artıq 9 ildir oradadır. Hələ getməmişəm yanına. Nəvələrim də onlarladır. Çox darıxıram. Nəvələrim mənsiz böyüyür. Övladlarım mənsiz yaşa doyur. Hər səhər, ümumiyyətlə, hər gün qızımla danışıram. Nə etdiklərimizi bir-birimizə deyirik. Çox həsrət çəkirəm. Oğlumla da danışıram. Qürbətdə olanda insan qəribliyi hiss edəndə hər şeyi düşünür. Adi gündəlik həyatımızda nə var hamısını bir-birimizə deyirik".
Daha sonra Flora Kərimova kimsəsiz və imkansız şəxslərdən danışıb: "Yağış yağanda mən kimsəsizləri düşünürəm. Evsizləri, bir küncə qısılanları. Onları bir yerə toplayıb, böyük bir bina tikmək istəyirəm. Oğlumla əvvəllər kimsəsizlərə çox kömək edirdik. O vaxtlar rahat yatırdım ki, kiməsə kömək edə bildim, kiminsə qazanı mənim sayəmdə qaynayırdı. Bəlkə də ona görə yaxşı oxuyuram. Öz dərdimə oxumuram, öz dərdim yadıma düşmür. Bircə övladlarımın nisgili üzür məni".

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler