Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Fidel Kastro oldu – Tecili

10 views26/11/2016

07:36

– xeber –
Kubanın məşhur lideri Fidel Kastro vəfat edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Kuba dövlət televiziyası yayıb.
Qeyd edək ki, Kastro 1959-cu ildə ölkədə baş verən inqilabın rəhbəri olub. 47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib. Kastro Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamaq əmri verib. Ancaq MKİ-nin hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və yaxın dörd ildə öləcək. Diktatorun şəxsi həkimi isə onun 140 il yaşaya biləcəyini deyirdi. 2008-ci ildə hakimiyyətdən uzaqlaşan Kastronun səlahiyyətlərini qardaşı Raul Kastro icra edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler