Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

FHN musavire kecirdi – Foto

14 views07/11/2016

17:16

19:12 – xeber – Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi noyabrın 7-də Nərimanov Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.
 
FHN-dən Axar.az-a bildiriblər ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.
 
Tədbirdə “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” mövzularında məruzələr dinlənilib.
 
Sonda məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler