Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Faiq Qarayev: Federasiya onlara daim komek edir

2 views12/01/2018

17:17


[r32]
– xeber –
“Azərreyl” komandasının Çağırış kuboku yarışlarındakı sonuncu oyununu arenada izləyirdim. Qızlarımız üç hissədə qalib gəldilər. Voleybolçularımız bacardıqları qədər mübarizə apardılar və oyunun taleyi “Qızıl set”də həll olundu. “Qızıl set”ə “Azərreyl” üstün başlasa da, təəssüf ki, məğlub olduq. Düşünürəm ki, oyunçular setin sonlarında psixoloji cəhətdən məğlub oldular və bu da məğlubiyyətlə nəticələndi.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti, qadın voleybolçulardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev deyib.
Mütəxəssis bildirib ki, bu uğursuzluğa daha bir səbəb isə “Azərreyl”in komanda şəklində az oyun keçirməsidir. Ölkə çempionatı ötən il dekabrın sonunda start götürdü. “Azərreyl” avrokubok matçınadək az oyun keçirmişdi. Digər komandalar 15–dən çox oyunda meydançaya çıxıblar. “Azərreyl”in belə çıxışına komandanın az oyun keçirməsi də böyük təsir göstərib. Amma buna görə oyunçuları və ya məşqçini günahlandırmaq doğru olmaz.
Azərbaycan Voleybol Federasiyasının hər zaman gənc mütəxəssislərin yanında olduğunu deyən vitse-prezident deyib: “Azərreyl”in baş məşqçisi Famil Ağayev də gənc və istedadlı məşqçidir. Milli komandada mənim köməkçim olaraq çalışıb və yenə də çalışacaq. Famil kimi gənc məşqçilərimiz o qədər də çox deyil. Biz gənc mütəxəssislərə kömək etməliyik ki, onlar öz klublarında və ya milli komandalarda yaxşı nəticələr əldə etsinlər”.
Qeyd edək ki, Bakının “Azərreyl” klubu Çağırış kuboku yarışlarının onaltıdabir final mərhələsində Rumıniyanın “Stiinta” komandası ilə qarşılaşıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə məğlub olan Bakı təmsilçisi doğma meydanda 3:0 hesabı ilə qalib gəlmişdi. Cütün taleyi “Qızıl set”də həll olunub. Bu setdə rəqib komanda Azərbaycan təmsilçisini üstələyərək iki görüşün ümumi nəticəsinə görə səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib – 15:13.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler