Faiq Agayev: "16 il evvel…"

5 Dekabr 2018 22:53 – xeber –
Olkem.az kaspi.az-a istinadən yazını təqdim edir.
Zaman dəyişdikcə zövqlər, dəblər, istəklər, tələbatlar  da dəyişir. Hər zamanın öz tanınmışları, hər dövrün öz məşhur simaları və yenilikləri var. Misal üçün, bizdən əvvəlki nəslin əldən-ələ gəzən maqnitofon kasetləri var idi. Həmin dövrün bir çox məşhur müğənnilərinin kasetlərini dinləyərək böyüyürdük. Hətta bəzilərinin üzünü belə tanımasaq da, kasetləri, mahnıları ilə məşhur idilər, onları səslərindən tanıyırdıq. Daha sonra kasetləri disklər əvəz etməyə başladı. Bu disklər musiqi aləmində bir yenilik oldu. Müğənnilərin şəxsiyyət vəsiqəsi hesab edilən albomların satıldığı disk mağazaları var idi. Hansı müğənninin diski daha çox satılırdısa, o, gündəmin ən tələbatlı müğənnisi hesab edilirdi. Hazırkı vəziyyətdə isə müğənninin yeni mahnısı nə kasetdə, nə diskdə, nə də televiziyada nümayiş olunur. Müğənnilərin yeni mahnıları, ifa etdikləri klipləri "Youtube" da yerləşdirilir. Texnologiya sürətlə inkişaf edir. Dünən müğənniləri vallarının,  kasetlərinin, disklərinin satış sayına görə müqayisə edir, populyarlığını müəyyənləşdirirdiksə, bu gün "Youtube"dakı baxış sayına görə qiymət veririk. Bəs görəsən, sənət adamlarının bu duruma münasibəti necədir? Kaset, disk satışından gəlir əldə etməyən müğənnilər "Youtube"dakı baxış sayına görə nəsə qazanırlarmı?
Xalq artisti Faiq Ağayev bizimlə söhbətində bildirdi ki, kasetlərin satıldığı dönəmdə müğənninin nə qədər aktual, populyar olduğunu müəyyənləşdirmək olurdu: "Bu məsələ çox müəmmalı suallar doğuran bir platformadır. Müasir dövrdür, internet əsrdir. Sosial şəbəkələrdə, xüsusən də "Youtube"da yerləşdirilən mahnıların baxış sayına o qədər də etibar etmək olmur. Çünki orada baxış sayını süni yolla çoxaltmaq mümkündür. Belə olduğu halda, saxtakarlıq yaranır. Guya baxış sayı çox olanda, o, artıq çox dinlənilən və brend müğənni hesab edilir. Ancaq müğənnilərin bəzilərinin "Youtube" da göstərilən o baxış sayı göstəriciləri real İP-dən gələn baxış sayı ilə eyni deyil".
F.Ağayev bildirdi ki, müasir zəmanədə texnologiya yerində dayanmır, daima inkişaf edir, bizə də o inkişafla ayaqlaşmağa məcburuq: "Açığı, bilmirəm növbəti mərhələdə bizi nələr, hansı yeniliklər gözləyir. Çox istərdim ki, bu saxtakarlığın vüsət almasına şərait yaradılmasın. Azərbaycanda çox az, bir əlin barmağı ilə sayılacaq qədər ifaçılar var idi ki, nə zamansa albomlardan qazanc əldə ediblər. Hətta onların diskləri ikinci tiraj kimi buraxılırdı. Bu o deməkdir ki, albomlara maraq doğurdan da olub və o zamanlar alıcı istəyi var idi. İndi isə vəziyyət başqa cürdür. Sonuncu dəfə 2002-ci ildə albom  hazırlamışam. 16 il əvvəl sonuncu albomumu tamaşaçıların ixtiyarına verdikdən sonra albom çıxarmadım. Çünki heç kim MP3 mahnıları qoyub, gedib sevdiyi müğənnilərin albomunu almaz. Təəssüf hissi ilə qeyd edim ki, bu gün də həmin problem var. Biz zəhmət çəkirik, mahnı yazdırırıq. Disk çıxar-çıxmaz, artıq piratlar onun ucuz və keyfiyyətsiz surətini çıxarırlar. İndi albomdan pul qazanmaq olmur. Çünki müəllif hüquqları mahnıları çox başdansovdu qoruyur. Bu sahəyə heç də nikbinliklə baxmıram".
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

(adsgarden = window.adsgarden || []).push({});

Bəstəkar, musiqiçi Murad Arif məsələyə dövlət səviyyəsində rəsmi mövqe ortaya qoyulmalı olmasını vacibliyini vurğuladı: "İnformasiya Texnologiyalar Nazirliyindən və   aidiyyəti qurumlardan bütün sənətçilərin adından xahiş edirəm ki, MP3 bazarını bağlayıb, sənətçilərin  albomlarını satması üçün imkan yaratsınlar. Nə qədər ki, ölkədə MP3 saytları fəaliyyət göstərəcək, heç bir vətəndaş 5 qəpik pul xərcləyib bizim yazdırdığımız mahnıları almayacaqlar. Bu, çox acınacaqlı durumdur. Mahnı satışı olmayınca, müğənnilər məcburdur ki, ancaq toya işləsinlər. Beləliklə də, musiqi sənəti toyxanaya çevrilir. Bizim rokumuz, repimiz, cazımız digər musiqi janrlarımız var. Ancaq yaradıcı insanlar MP3 saytlarının mövcudluğuna görə, heç bir gəlir əldə edə bilmirlər. Bir mahnının ərsəyə gəlməsi üçün aranjemanına 3, bəstəkarına 5, klipinə 15 min pul xərcləyirik. Bir mahnı bizə təxminən 20 min manata yaxın ərsəyə gəlir. 20 min xərcləyib, yazdırdığımız mahnını tamaşaçı  MP3 saytlarından pulsuz yükləyir. Biz də gözümüzü toylara dikirik ki, xərclədiyimizi oradan qazanaq. Biz o pulu toylardan neçə aya çıxarırıq? Bu, müğənnilərə qarşı haqsızlıqdır. Məsələyə ciddi münasibət göstərilməlidir. 2018-ci ildə yaşayırıq, hansı dövrdür? MP3 saytlarla mübarizə apara bilmirik. İnsanlar rahat şəkildə mahnıları yükləyib dinləyirlər. Belə olan halda, musiqi sahəmiz heç vaxt peşəkarlığa doğru yön almayacaq. Nə qədər ki, sənətçi mahnısını sata bilmir, heç vaxt musiqi sahəsində peşəkarlıq ola bilməz. Bizdə peşəkar bazar yoxdur". 
 
Murad Arif şərtlərin dəyişdiyini, texnoloji dövrün tələblərinin başqa olduğunu bildirdi: "Müasir bir zəmanədə bizə imkan vermirlər ki, mahnılarımızdan pul qazanaq. Qoymurlar öz mahnılarımızı sataq. Ölkədə öz musiqisini sata bilən müğənni yoxdur, bizə bu imkanı vermirlər. Dünya internet vasitəsilə mahnı satdığı halda, biz bunu edə bilmirik. Azərbaycan sənətçiləri bundan məhrumdurlar. MP3 saytları bağlanmalıdır. Çıxış yolu budur. "Youtube" efiri əvəz edir, satışı yox. Əgər istədiyin mahnını rahat şəkildə yükləyib qulaq asa bilirsənsə, kimdir sənin mahnılarını alan? Biz MP3 piratçılığına açıq-aşkar göz yumuruq".
Aranjmançı, səsyazma studiyası olan  müğənni Rübail Əzimov deyir ki, bu gün müğənnilər albom çıxartdırmaqdan imtina ediblər: "Rəqəmsal sistemə keçidlə, bütün media sahələrində yeni bir dövrə başlamış olduq. Bu dövrdə müəyyən mənada həm yaxşı, həm də mənfi tərəflər üzə çıxdı. Bu gün rəqəmsal sistem elə inkişaf edib ki, hər kəsin gəliri nəzarətdədir. Azərbaycanda hər hansı bir sənətçinin sosial şəbəkədən yüksək gəlir əldə etməsi mümkün deyil. Blogerlərin bu sahədə bəxti daha çox gətirib. Onlar ay ərzində 4-5 video çəkirlər və sosial şəbəkələrdə kifayət qədər baxış sayı əldə edirlər. Ancaq sənətçinin bir klipinin ərsəyə gəlməsi üçün xeyli vəsait xərclənir. Müqayisə etsək görərik ki, əvvəllər sənətçilər konsert və disk satışından daha çox gəlir əldə ediblər. Danılmaz faktdır ki, bugünkü gündə "Youtube" o qədər də gəlir gətirmir". Rübail Əzimov bildirir ki, az da olsa onlara sifarişlə müraciət edən sənətçilər hələ də var: "Biz səsyazma və aranjeman işləri ilə məşğul oluruq. Ehtiyac olarsa, sənətçilərlə işləyirik. Bu gün albom çıxarmaq istəyən ifaçılar çox azdır. İfaçıların əksəriyyəti, elə mən özüm də diski yalnız qonaqlara hədiyyə etmək üçün  çıxarırıq. Heç bir albom satışından söhbət gedə bilməz. İndi müğənnilər albom hazırlamaq üçün pul xərcləmir. Artıq albom simvolik xarakter daşıyır. İndi bu barədə nə qədər danışsaq, yenə də azdır".
Rübail Əzimova deyir əvvəllər albomlar müğənnilərin ifaçılığı üçün şəxsiyyət vəsiqəsi hesab edilirdi: "İndi zəmanə dəyişib. Hazırda səhnəyə çıxan müğənninin şəxsiyyət vəsiqəsi ilə onun ilk mahnısı olur".

milli.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org