Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Evsizlere sad xeber: 2018-ci ilde…

9 views12/01/2018

10:51


[r32]
– xeber –
2018-ci ildə daşınmaz əmlak bazarında müəyyən qədər canlanmanın olması gözləniləndir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən proqramların, istismar müddəti başa çatmış binaların sökülməsinin fonunda bazarlarda müəyyən tələbin yaranması müşahidə olunur:
“Digər tərəfdən, ipoteka vəsaitlərinin həcminin genişlənməsi, bankların zaman çərçivəsində ipoteka faizlərini azaltması müəyyən qədər bazarı canlandıra bilər. Yəni tələb nisbətən arta bilər. Bir məsələni də nəzərə almaq lazımdır ki, 2018-ci ildə ilk dəfə olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən binalar istismara veriləcək. Bu isə bazarda əlavə təklifin formalaşmasına gətirib çıxarmaqla yanaşı, qiymətlərin tənzimlənməsinə də öz təsirini göstərəcək. Düzdür, aksiz vergiləri ilə bağlı qanuna edilən dəyişikliklərdən sonra müəyyən tikinti materiallarının qiymətinin artma ehtimalı var və bəzi məhsulların qiymətində artım başlayıb. Bunlar da tikinti sektorunda maya dəyərinin bahalaşmasını şərtləndirir. Ancaq digər bir məsələ də ondan ibarətdir ki, faktiki olaraq bazarda hələlik alıcılıq səviyyəsi aşağıdır. Eyni zamanda, belə bir şəraitdə təklif olunan təklifin həcminin təkrar və yeni mənzil bazarında qiymətləri artıracaq ciddi konnektur formalaşdıracağını düşünmürəm”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler