Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Eston deputat: “AB ozunu qorumaq gucunde deyil”

7 views23/11/2016

18:36

– xeber –
Avropa Birliyi müasir dövrdə yaranan təhdidlərə reaksiya vermək gücündə deyil.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentində çıxışı zamanı estoniyalı deputat Urmasa Paeta söyləyib. Onun sözlərinə görə, son 30 il ərzində Avropa ölkələrinin böyük bir qismi öz hərbi xərclərini həddən artıq azaldıblar:
“Bunun nəticəsində Avropa daha çox NATO və ABŞ-dan asılı olmağa başladı. Artıq Avropa Birliyinin öz müdafiə siyasətini formalaşdırmaq vaxtı gəlib”.
Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının sədri Jan Klod Yunker Avropa Birliyi ordusunun yaradılmasını təklif etsə də, bu, bir çoxları tərəfindən etirazla qarşılanıb. Avropa ordusunun yaradılmasının ən böyük əleyhdarları ABŞ, Böyük Britaniya, Polşa sayılır. Ekspertlərin fikrincə, Trampın ABŞ-da hakimiyyətə gəlməsi və NATO ilə bağlı mövqeyi Polşanın bu məsələdə fikrini dəyişdirə bilər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler