Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Esgerlerimiz doyuse nasaz texnika ile girib – Ermeni mediasi

11 views23/11/2016

19:32

– xeber –
Bu ilin aprel ayında qoşunların təmas xəttindəki gərginlik dövründə erməni əsgərləri döyüşə nasaz texnika ilə girib.
Report xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin nümayəndələrinin ölən erməni hərbçilərinin qohumları ilə görüşündə bildirilib.
Ölən erməni hərbçilərin yaxınları cəbhə xəttində yaranan problemlərdən, o cümlədən silah-sursatın kifayət qədər olmamasından, texnikanın nasaz vəziyyətdə olmasından danışıblar. Onlar itkilərinin sayının çox olmasını silah-sursatın kifayət qədər olmaması ilə əlaqələndirirlər.
"Yolda çoxlu sayda nasaz tank var idi. Onların çoxunda çənə yanacaq yerinə su tökülmüşdü. Ona görə də mühərriki işə salan kimi, texnika nasaz hala düşürdü", – aprelin 2-də Cəbrayılda ölən erməni hərbçilərin yoldaşları bildiriblər.
Ölən erməni əsgərlərinin valideynləri hərbi əməliyyatlar zamanı övladlarının kifayət qədər silah-sursata malik olmadığını qeyd ediblər.
Mövqeyi öyrənilən qohumların əksəriyyəti hərbçilərin geyim və zirehli jiletlə bağlı probleminin olduğunu, silah və patron qıtlığı yaşadığını vurğulayıblar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler