Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ermenistan tanklari Rusiyaya dasinir

13 views22/11/2016

15:00

– xeber –
Ermənistan öz ərazisində T-72 tanklarının modernləşdirilməsi Mərkəzinin yaradılması üçün Rusiya tərəfinə müraciət edib.
Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini David Paxçanyan Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla İrəvandakı görüşü zamanı deyib. Onun sözlərinə görə, hələlik T-72 tankları Ermənistan ərazisində ancaq təmir olunur, modernləşdirmə işləri üçün isə tanklar Rusiyaya, “Uralvaqonzavod”a daşınır.
“Biz özümüz T-72 tanklarını nəniki təmir etmək, eyni zamanda modernləşdirmək istərdik. Çünki tankları modernləşdirmə üçün Rusiyaya daşıyıb geri qaytararkən çəkilən xərclər az qala təzə tankın qiyməti qədər çıxır”-Paxçanyan deyib.
Rusiyalı nazir isə deyib ki, onlar Ermənistan müəssisələrinin NATO ölkələri və Ukraynadan ehtiyat hissələrini dayandırmaq proqramı çərçivəsində bu məsələni nəzərdən keçirməyə hazırdır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler