Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ermenistan bu realliqlarla barisacaq – Şerh

11 views23/11/2016

10:40

– xeber –
İndiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. O bildirib ki, Azərbaycan cəmiyyətinin Aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ ətrafındakı rayonların danışıqlar yolu ilə azad olunacağına ümidləri özünü doğrultmadı:
“Dağlıq Qarabağın “müstəqilliyini” istəyən Ermənistanın özü müstəqilliyini itirib. Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi torpaqlarımızınn işğal altında olmasıdır. Faktiki Azərbaycan özünü gələcək hərbi toqquşmaya hazırlayır. Çünki indiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil. ATƏT-in Minsk Qrupu həmsədrləri torpaqların azad olunmasını Dağlıq Qarabağın status müzakirələri ilə əlaqələndirdilər. Bu isə münaqişənin paket həll variantıdır ki, Azərbaycan heç bir halda bunu qəbul etməyəcək”.
Siyasi şərhçiyə görə, danışıqlarda hazırkı susqun gedişat torpaqları geri almaq üçün mütləq ordudan istifadəyə dair inam formalaşdırır:
“Apreldəki döyüşlər buna nümunədir. Demək, Ermənistan daha böyük əraziləri itirməklə başqa reallıqla da barışa bilər. Qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğaldakı torpaqları geri qaytarmayacaq”.
Azərbaycanın silah və hərbi texnikanı yalnız Dağlıq Qarabağ münaqişəsinə görə əldə etmədiyini, ölkəmizin həssas bölgədə yerləşdiyini qeyd edən politoloq hesab edir ki, Azərbaycan güclü ordu formalaşdırmaqla özünü kənar müdaxilələrdən qoruyur və sığortalayır:
“Yaxın Şərqdəki müharibələr və dövlətlərin parçalanması da Azərbaycanın güclü orduya malik olmasını diktə edir. Rusiyanın Ermənistana verdiyi İsgəndər raketləri hələ də müzakirə predmetidir. Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir, ona görə də “İsgəndər”ləri Ermənistanda yerləşdirdi. Rəsmi Bakı isə hərbi balansı yenidən öz xeyrinə dəyişməyə çalışır. Pakistan, İsrail, Türkiyə və Ukraynadan alınacaq modern silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü əyani nümayiş etdirəcək”.
E.Şahinoğlu onu da bildirib ki, “İsgəndər” raketləri Ermənistana müvəqqəti olaraq müəyyən üstünlük qazandırıb:
“Hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Sərkisyanın bu yaxınlarda Ermənistanın silah almağa pulunun olmamasını açıqlaması onun ən böyük etirafı idi. Yəni belə olan halda Ermənistan daha çox Rusiyaya sığınması onun müstəqlliyini məhdudlaşdırır. Belə çıxır ki, illərlə Dağlıq Qarabağın “müstəqilliyi” uğrunda savaşan, Azərbaycan və Türkiyə ilə düşmən olan, vətəndaşlarını ölümə göndərən Ermənistanın özü müstəqilliyini itirib”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler