Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ermeni telebe etirazinin esl sebebi: Orduda ne vas verir?

5 views14/11/2017

21:17


[r32]
– xeber –
Ermənistanda iqtisadi-sosial vəziyyətin kəskinləşməsi nəticəsində yerli əhalinin xaricə miqrasiyası demoqrafik durumu kəskinləşdirib.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan Prezidenti Serj Sərkisyan ötən həftə hökumətin iclasında bu məsələyə diqqət çəkib:
“Təsadüfi deyil ki, o, əhali sayının 2040-cı ilə qədər 4 milyona çatdırılması üçün dövlət proqramının qəbul olunmasını vurğulayıb. Hazırda Ermənistanda 2 milyona yaxın əhali yaşayır. Təbii ki, işğalçı ölkənin əhalisinin azalması orduya çağırışa da mənfi təsir edir. Hazırda Ermənistan ordusunda ciddi şəkildə əsgər çatışmazlığı yaşanır. Müddətdən artıq hərbi qulluqçuların saxlanması üçün isə düşmən ölkənin maliyyə imkanları yetərli deyil".
Politoloqun sözlərinə görə, 2018-cil dövlət büdcəsində Ermənistan ordusu üçün vəsaitin artırılması da bu nəticəni dəyişmir:
“Ermənistan Müdafiə Nazirliyinin təşəbbüsü ilə orduda şəxsi heyətin çatışmazlıq probleminə cüzi dəstək vermək üçün tələbələrin əsgərlikdən möhlət hüququ ləğv edilib. Təbii ki, bu qərar tələbələrin geniş narazılığı ilə qarşılanıb. Buna görə hələ də hakimiyyət əleyhinə tələbələrin etiraz nümayişi davam edir”.
Politoloq vurğulayıb ki, Ermənistanda dərin iqtisadi problem orduda ciddi şəkildə hiss olunmağa başlayıb:
“Ermənistan Rusiyadan asılı bir ölkədir və Sərkisyan öz hakimiyyəti uğrunda Moskvaya daha da reveranslar edibdir. Tələbələrin hökumət və parlament qarşısında keçirdiyi mitinqlər göstərir ki, tələbələr bu ölkənin ordusunda xidmət etmək istəmir”.
Qeyd edək ki, Ermənistanın Statistika Xidməti ölkədə əhalinin son 15 ildə 228,7 min nəfər azaldığını açıqlayıb.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler