Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erken yasda ana olmagin yaratdigi – Fesadlar

5 views17/07/2017

23:34


[r32]
– xeber –
Əsasən erkən yaşda ailə quran qızlarda sonsuzluqlar müşahidə olunur.
Bunu “Ömür” klinikasının həkimi, mama-ginekoloq Vüsalə Rəhimova Axar.az-a açıqlamasında deyib.
“Erkən yaşda hamiləlikdə uşaqlığın və yumurtalığın ölçüləri tam formalaşmamış olur, aybaşı funksiyasının və hormonların inkişafı tamamlanmır. Ona görə də erkən yaşda ailə quran qızlarda sonsuzluqlar müşahidə olunur. Əgər sonsuzluq olmursa, yenə də dölün inkişafdan qalmasına və ya vaxtından əvvəl itirilməsinə gətirib çıxarır. Qız uşaqlarında infeksiyalar, hormonal pozuntuların daha çox yaşanması, laxtalanma sistemində dəyişikliklərin çox olması hormonal balansın tam formalaşmaması ilə əlaqədardır. Eyni zamanda qızlar psixoloji cəhətdən tam formalaşmadıqlarına görə hamiləliyə hazırlıqlı olmurlar. Hamiləlik dövründə dölə nəzarət etmək, hamiləliyi sona yetirmək və həkimə vaxtı-vaxtında getmək kimi məsuliyyəti daşımırlar. Ana olduqdan sonra belə bu yaşda körpəyə qarşı yetərincə məsuliyyət hiss etmirlər”.
Mama-ginekoloq hormonal yetərsizlik olduğu üçün dölün itirilməsinin tez-tez yaşandığını qeyd edib. O, döldə hər hansı xəstəlik və ya şikəstliyin yaşla əlaqədar olmadığını bildirərək, qohum nikahları və genetik səbəblərin qüsurlu döllərin yaramasına gətirib çıxardığını söyləyib.
Qeyd edək ki, açıqlanan statistikaya əsasən, 2016-cı ildə 2809 uşağı 18 yaşadək olan analar dünyaya gətirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler