Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Erdoganin gedeceyi gozlentisi yanlisdir”

11 views28/11/2016

12:48

– xeber –
“Böhran gələr, Ərdoğan gedər” gözləntisi yanlışdır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Cümhuriyyət” qəzetinə müsahibəsində türkiyəli məşhur iqtisadçı Qorqud Boratav söyləyib. Onun sözlərinə görə, böhranlar iqtidarı dəyişdirə bilməz:
“Türkiyədən xarici sərmayənin qaçması 2017-ci ildə iqtisadi kiçilməyə səbəb olacaq. Bu isə sərt böhran yaradacaq. İqtisadi KHK (Qanun Hökmündə Qərarnamə) tətbiqatı və Prezident Ərdoğanın bəyanatları bu kapital axınını daha da artıracaq. Xarici sərmayə üçün mülkiyyət haqlarına uzanan təhdid bağışlanmazdır. Tezliklə, “hara gedir bu ölkə?” sözləri eşidiləcək. “Böhran gələr, Ərdoğan gedər” fikri yanlışdır. Böhranlar iqtidarları dəyişdirə bilməzlər. Bu böhranlar hətta xalq siniflərinin təşkilatsız, zəif olduğu, işsizliyin, səfalətin geniş yayıldığı bölgələrdə mövcud rejimləri gücləndirə bilər. İmperializmə ümid bağlamaq yanlışlıqdır. Mülkiyyət haqlarının etibarlı qorunması yetərlidir. Beynəlxalq sərmayənin demokratiya tələbi-filan yoxdur”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler