Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erdogandan Avropaya sok: “Qapilarimizi acacagiq”

14 views25/11/2016

11:40

– xeber –
Avropa heç vaxt insanlığa səmimi davranmayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Ədalət və Qadın Konqresində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O, Avropa Parlamentini Türkiyəyə qarşı qəbul etdiyi qərara görə sərt tənqid edib:
“Türkiyə Avropa Birliyinə girsinmi, girməsinmi? Toplanan 30-40 nəfər qətnaməyə yox deyir. Bütün hamınız desəniz də, vecimizə deyil. Heç vaxt insanlığa qarşı səmimi davranmamısınız. Körpə Aylanı, körpə Ümranı sahildən siz götürməmisiniz. 3 milyon miqrantı yaşadan bizik. Siz verdiyiniz sözləri yerinə yetirmədiniz. Qapıkulədə 50 min miqrant olanda fəryad edirdiniz. Bilin ki, bundan sonra bir az da irəli getsəniz, qapılarımızı açacağıq. Etdiyiniz quru təhdidlərdən nə mən, nə də ki millətim narahatdır”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler