Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erdogandan ABŞ generalina: Osmanli sillesi gormemisiniz…

11 views13/02/2018

12:17


[r32]
– xeber –
“Bizi vursalar, sərt şəkildə qarşılıq verərik” deyənlərə ömürlərində heç Osmanlı silləsi dəymədiyi aydındır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyəni ürəkləri istədiyi kimi girib-çıxdıqları, istədiklərini etdikləri yerlərlə səhv salırlarsa, çox yaxında elə olmadığını görəcəklər. Onların düz yanında olanlardan başlayaraq, gördüyümüz hər terrorçunu zərərsizləşdirəcəyik. Bax onda terrorçuların yanında olmamağın özləri üçün daha yaxşı olduğunu anlayacaqlar. Buradan Amerika xalqına səslənirəm: ABŞ büdcəsindən çıxan pullar amerikalıların cibindən çıxan pullardır. Bu mövzuda ABŞ xalqının həssaslığını da gündəmə gətirmək istəyirəm”, – Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ ordusunun generalı Paul Funk Menbiçə səfəri zamanı türk ordusunun bölgəyə hər hansı hücumu zamanı aqressiv şəkildə cavab veriləcəyini bildirmişdi.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler