Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erdogan: "Subut ede bilmeseniz, alcaqsiniz"

18 views27/02/2016

22:16

– xeber – Mənim 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər. Bunu sübut edə bilməsəniz, alçaqsınız.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə büdcə müzakirələri zamanı HDP-dən olan millət vəkillərinin irəli sürdükləri “Ərdoğanın 3 milyard dollarlıq sərvəti var” iddialarına münasibət bildirərkən deyib.

 

“Dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı PKK-nın köləsinə çevrilən partiya (HDP) mənsubları yenə ləyaqətimə toxundular. Hər müzakirələrdə prezidentə hücum edirlər. 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər. Mən burdan o alçaqlara demək istəyirəm ki, bu iddianızı sübut etməlisiniz. Bəralərində mənəvi təzminatla bağlı cinayət işi açılacaq. Baş nazir olduğum dövrdə də mənə qarşı belə böhtanlar atıldı. O zaman müxalifətin rəhbər şəxsinə dedim ki, sübut edə bilməsən, alçaqsan. Olmayan şey sübut edilə bilməz”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler