Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erdogan: "Siyasete ticaretden geldim"

15 views08/11/2016

18:20

– xeber – Mən siyasətə xırda ticarətdən gələn biriyəm. Liseydə oxuduğum zamanda həmişə siyasətlə maraqlanmışam. Amma eyni zamanda öz xərclərimi ödəmək üçün də ticarətlə məşğul idim.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan VI Biznes və Sənətkarlar Şurasında çıxış edərkən deyib.

 

“Təhsil sənətkarlar və ticarətçilər üçün olduqca önəmlidir. Mən bunu dəstəkləyirəm. Biznesmen və sənətkarlarla ən yaxşı münasibəti olanlardan da biri mənəm. Mən siyasətə ticarətdən gəldim. Gənclik illərimdə də siyasətlə yanaşı ticarətlə də məşğul idim.

 

Övladlarıma həmişə dövlət işindən uzaq durmalarını tövsiyyə etmişəm. Dövlət qulluğu əlbəttə önəmlidir. Lakin həqiqi potensialın üzə çıxarılmasında böyük maneədir. Müəyyən bir sistem var. Nə qədər cəsarətli, çalışqan, yaradıcı olsanız belə sizi müəyyən çərçivəyə salırlar. Lakin müstəqil sənətkar alın tərinin qarşılığını almağı bacarır. Əlbəttə ki, ruzini verən Allahdır. Gənclərə tövsiyəm budur ki, ruzini dövlətin qapısında yox, digər sahələrdə axtarsınlar”, – Ərdoğan bildirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler