Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erdogan: “Merkele 4 min sened verdim…”

13 views06/11/2016

16:24

18:15 – xeber – Dedi ki, o sənədlər artaraq 4500 olub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşü barədə danışarkən deyib.
 
Onun sözlərinə görə, 4 min terrorçu barədə kəşfiyyat məlumatları verilsə də, Almaniya heç bir tədbir görməyib:
 
“Terrorçularla bağlı xanım kanslerə 4 min MİT sənədi verdim. 6 ay əvvəlki görüşümüzdə ondan sənədlərin aqibətini soruşdum. Dedi ki, o sənədlər artaraq 4500 olub. Gecikən ədalət, ədalət deyil. Avropa birlik olaraq PKK-nı terror təşkilatı elan etməsinə baxmayaraq, hazırda terrora qucaq açmaqdadır.
 
Təkcə 20 iyun 2015-ci ildən bu günə qədər PKK 787 hərbçini, 312 dinc sakini qətlə yetirib. Qarşıdurmalarda 4 mindən artıq əsgərimiz, 2 min dinc sakin yaralanıb. Təşkilata qarşı aparılan əməliyyatlar zamanı 5500 silah, 650 min güllə, 142 ton partlayıcı maddə, 15 minə yaxın bomba ələ keçirilib. Ey Qərb, bunları da eşit”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler