Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erdogan Klintonu Gulenle elaqede ittiham etdi

14 views22/11/2016

13:44

– xeber –
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin “Kanal 2” telekanalına müsahibəsində ABŞ Demokrat Partiyasından prezidentliyə keçmiş namizəd Hillari Klintonu müxalifətçi islamçı Fətullah Gülənin təşkilatı FETÖ ilə əlaqələrinin mövcudluğunda ittiham edib.
Virtualaz.org xəbər verir ki, Ərdoğan deyib:
“Onun seçki kampaniyası hansı mənbədən maliyyələşirdi? Türkiyədə mübarizə apardığımız FETÖ ona ciddi dəstək vermiş strukturlardan biri idi”.
Ərdoğanın sözlərinə görə, Trampın prezident seçilməsi ABŞ-ın həyatında yeni dövrün başlaması deməkdir.
“Hesab edirəm ki, Avropanın bəzi yerlərində və ABŞ ştatlarında Trampa qarşı keçirilən nümayişlər demokratiyaya hörmətsizlikdir”, – Türkiyə prezidenti əlavə edib.
Ərdoğan qeyd edib ki, Trampın müsəlmanlara qarşı aqressiv siyasət yürüdəcəyinə inanmır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler