Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erdogan: “Ele o gece Trampa zeng etdim…”

10 views22/11/2016

13:28

– xeber –
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin “Kanal-2” televiziyasına verdiyi müsahibənin anonsu yayılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Ərdoğan müsahibədə İsrail ilə münasibətlərdən tutmuş Donald Trampın ABŞ prezidenti seçilməsinə qədər xeyli mövzuda öz fikirlərini bildirib.
Türkiyə prezidenti İsrailin Fələstində törətdiyi qətliamları Hitlerin oxşar qərarları ilə müqayisə edib:
“Qəzzanın vurulduğu anı unutmağım mümkün deyil. Hitlerin və İsrailin etdiklərini qəbul edə bilmərəm. Peresə Davosda “Siz insan öldürməyi yaxşı bilirsiniz”, – dedim.
İsrail iki dövlətin iştirakı ilə həll yolu axtarmır. HƏMAS terror təşkilatı deyil”.
Ərdoğan Türkiyədə jurnalistlərin fəaliyyətinə görə təqiblərə məruz qalmadığını bildirib:
“Bizim ölkədə jurnalisti işinə görə həbs etməyiblər. Jurnalistlər sərhədsiz azadlığa sahibdirlər? Mənim azadlıq sərhədim nə qədərdirsə, jurnalistlərdə də o qədərdir”.
Prezident Trampın qələbəsinə təəccüblənmədiyini, elə ilk axşam ona zəng edərək təbrik etdiyini vurğulayıb:
“Trampın qalibiyyəti məni təəccübləndirmədi. Seçki qutusunun nəticəsinə inanan bir insanam. Mən də Türkiyədə bələdiyyə sədri seçilərkən bəzi adamlar inanmamışdı.
Tramp şəxsi hesabına mübarizə apardı, siyasət işlətmədi. Cənab Tampla ABŞ yeni mərhələyə qədəm qoyacaq. Ona qarşı edilən etirazlar ən azından hörmətsizlikdir. Qalib gəlidiyi ilk gecə ona zəng etdim, Türkiyə ilə ABŞ arasında görəcəyimiz çox iş olduğu qənaətinə gəldik.
Hər bir ölkə güclü liderlə irəli gedər. Əgər güclü lider olmasa, o ölkə inkişaf edə bilməz. Təkcə güclü olmaqla da iş bitmir, həm də dürüst olmaq lazımdır. Siyasətdə ən nifrət etdiyim şey yalandır…”

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler