Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erdogan: “53 il AB qapisinda gozledik…”

16 views06/11/2016

15:32

17:30 – xeber – Mənim beynəlxalq təzyiqlərdən ən xırda bir qorxum, narahatlığım yoxdur. Mənim üçün əsas olan millətimdir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin təzyiqinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, həbs olunan HDP-çi deputatlar Türkiyənin beynəlxalq aləmdə nüfuzuna xələl gətirməyə cəhd ediblər:
 
“Toxunulmazlıqdan sonra məclisə, dövlətə, millətə, məhkəməyə meydan oxuyan, hətta təhqir edən bu adamların məqsədi Türkiyəni beynəlxalq aləmdə pis vəziyyətə qoymaqdır. Mənim beynəlxalq təzyiqlərdən ən xırda bir qorxum, narahatlığım yoxdur. Mənim üçün əsas millətimdir”.
 
Qərb bizim üçün nə vaxt xeyrli yuxu görüb? Görməyib. 53 il Avropa Birliyinin qapısında gözləyən Türkiyə üçün Qərbdən nə gözləməliyik? Özümüzü aldatmayaq. Biz öz göbəyimizi, özümüz kəsəcəyik. Artıq bizim üçün “O nə deyər, bu nə deyər”, deyə bir anlayış yoxdur”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler