Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Erdogan: “15 iyul hadisesini ABŞ hazirlayib”

10 views21/11/2016

08:44

– xeber –
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibə verib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, prezident jurnalistin “Özünüz və ailəniz üçün heç qorxdunuzmu”, – sualına belə cavab verib:
“Stiv, bizim inancımızda bir şey var, biz taleyə, ölümə inanmış insanlarıq. Ancaq belə bir vəziyyətdə siz lidersinizsə, hər şeydən öncə xalqınıza ölümsüzlüyün mesajını verməlisiniz, çünki buna inanırdım. Lider bir daşın arxasında gizlənərsə, millət dağın arxasında gizlənər”.
Ərdoğan çevrilişə cəhdin arxasında ABŞ-ın olduğunu deyib. Onun sözlərinə görə, belə olmasaydı, FETÖ lideri Fətullah Gülən bu vaxta qədər ekstradisiya olunmalı idi:
“Biz “o etdi, bu etdi” deyə bilmərik, ancaq millət belə dəyərləndirir. Bu adamı (Fətullah Güləni-red) ABŞ niyə indiyə qədər saxlayır? Sən bunu orada saxladığın müddətdə, incimə, Türkiyənin və türk millətinin mövqeyi dəyişməyəcək”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler