Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Energetika Nazirliyinde toplanti kecirildi

21 views27/02/2016

13:52

15:48 – xeber – Fevralın 29-da Bakı şəhərində təşkil olunacaq Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasına hazırlıqla bağlı Energetika Nazirliyində nazir Natiq Əliyevin rəhbərliyi ilə toplantı keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, toplantıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri də iştirak ediblər. Müzakirələrdə iştirakçı ölkələri təmsil edəcək qonaqların dəqiqləşdirilməsi işinin başa çatdığı bildirilib. Hazırlıq işlərinə həsr olunmuş iclasda təşkilati məsələlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib. Məşvərət Şurası iclasının gündəliyi, çıxış mövzuları və Birgə Bəyannamə ilə bağlı fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq. Həmçinin Birgə Bəyannamənin imzalanması və energetika naziri Natiq Əliyev, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın KİV üçün birgə bəyanatla çıxışı nəzərdə tutulub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler