Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Emekdar artist: "Kisilere etiraz elameti olaraq muqevva aliram"

16 views05/11/2016

12:48

5 Noyabr 2016 14:46 – xeber –
"Tənha olmağım "Müqəvva" ilə bağlıdır". 
Bunu aznews.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allaherdiyeva deyib. O, yazıçı-dramaturq Firuz Mustafanın bu günün reallıqlarını əks etdirən "Müqəvva" əsərində baş rolun ifaçısı olacağını bildirib: "Əsər tənha bir qadının həyatından bəhs edir. Aktyorlar bir obrazı yaradanda onu içdən yaşayırlar. Son vaxtlar tənha olmağım da bununla bağlıdır. Elə qadınlar var onların həyat yoldaşları var, amma tənhadırlar. Mənim oynadığım rolda tənhalıqdan bezən qadın axırda özünə müqəvva alır. Ona deyir ki, sən mənim ərim olacaqsan. Mən bu rolumda əks cinsin əleyhinə gedir, müqəvvanı kişilərə etiraz əlaməti olaraq alıram". 
Aktrisa hesab edir ki, bəzi qadınlar həyatlarını yalan üzərində qururlar: "Guya ki, əri var, bu kimə lazımdır? Mənim belə qadınlara yazığım gəlir. Biri var, tənha qadın, biri də var, ərin ola-ola tənha olasan, yalandan müqəvva kimi kimlərəsə ərin olduğunu göstərəsən".
N.Allahverdiyeva mətbuata şəxsi həyatından danışmayacağına söz verib: "Hər qadının qəlbində bir sevgi var. Biz aktyorlar duyğusal insanlarıq. Bir dəfə dedim ki, toy olacaq, oldum mətbuatın gündəmi. Ünvanıma deyilməyən söz qalmadı. Deyilənlər mənə təsir edir, əsəbləşirəm. Hər kəs səni olduğun kimi anlamır. Biz də insanıq. Şəxsi həyatımız var. Göz önündə olduğumuz üçün hər kəlməmiz şişirdilir, insanların mövzusuna çevrilirik. Anlamırlar ki, biz robot deyilik, qadınıq". 

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler