Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Elnare "Lider"den getdi –

11 views12/01/2018

13:51


[r32]
– xeber –
Müğənni Elnarə Xəlilova “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılıb.
Lent.az xəbər verir ki, müğənninin kanaldan ayrılmasına səbəb proqramın rəhbərliyi ilə yola getməməyi olub.
Bildirilir ki, müğənnidən verilişində dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb olunub. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə veriliş rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni Lider TV-dən ayrılıb.
E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığı təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib:
“Bəli, Elnarə xanım “Xeyirli axşamlar” verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik”.
Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan “Xeyirli axşamlar” verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.
Qeyd edək ki, Elnarə “Lider”dən öncə "Speys"də aparıcılıq edirdi.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler