Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Elme pul ayirin – Heveslendirmeler olacaq

10 views25/11/2016

21:24

– xeber –
Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlbi stimullaşdırılacaq.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində qeyd olunub.
Layihəyə görə, ölkədə elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılacaq. Bununla yanaşı, innovasiya potensialının səmərəli istifadəsi və inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılacaq.
Layihəyə əsasən, mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin əsasında İnnovasiya Bankı yaradılacaq və Milli İnnovasiya Proqramı hazılanacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler