Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Eliyev xanim Bridcet Brink ile gorusdu

11 views22/11/2016

09:40

– xeber –
10:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini xanım Bridcet Brinki qəbul edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brink ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler