Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Eliyev patriarx Kirile mektub gonderdi

13 views22/11/2016

14:20

– xeber –
Azərbaycan Prezidenti İlham Əliyev Moskva və bütün Rusiyanın patriarxı Kirilə 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
APA-nın verdiyi məlumata görə, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub.
Təbrik məktubunda deyilir:
“Zati müqəddəsləri, 70 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin ümumbəşəri dəyərlərin təsdiqinə, sülh və anlaşmaya, sivilizasiyalararası dialoqun dərinləşməsinə, mədəniyyətlərarası və millətlərarası münasibətlərin möhkəmlənməsinə yönəlmiş ali missiyanız Sizə böyük hörmət və ehtiram qazandırıb. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dost və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də xalqlarımız arasında dinlərarası və konfessiyalararası dialoqun inkişafına dair planınız Azərbaycanda yüksək qiymətləndirilir. Bu əlamətdar gündə sizə səmimi qəlbdən bütün işlərinizdə uğurlar, uzun ömür və can sağlığı arzulayıram”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler