Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Eliyev Aprel savasinda subut etdi ki… – Gevorkyan

15 views22/11/2016

06:32

– xeber –
Ermənistan Qarabağı, ucuz enerji və böyük investisiyaları almaq ümidi ilə könüllü şəkildə Rusiyadan tam asılılığı seçdi və nəticədə uduzdu.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “168.am” saytına müsahibəsində erməni ekspert Lilit Gevorkyan söyləyib. Onun sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq Rusiya və İran üçün etibarlı tərəfdaşdır:
“Hələlik Qarabağ konflikti ilə bağlı danışıqlar prosesi davam edir. Azərbaycan müharibə təhlükəsindən effektiv istifadə edəcək. İrəvan yaranmış situasiyada zəif və təcrid edilmiş kimi görünür. Moskva Ermənistanın maraqları hesabına Azərbaycanla əlaqələrini gücləndirəcək. Bugünkü xarici siyasəti ilə İrəvanın Qərbin dəstəyinə olan ümidi hədər yerədir. Qərbin Rusiyanın strateji müttəfiqi olan, hakimiyyəti və müxalifəti Avrasiya inteqrasiyasını dəstəkləyən bir ölkəyə yardım üçün öz resurslarını xərcləməsi mümkün deyil. Faktiki olaraq Ermənistanın dünyada müttəfiqi yoxdur. Dünyada neft qiymətlərinin endiyi bir zamanda Azərbaycan hələ də Qərbin strateji tərəfdaşı olaraq qalır. Azərbaycan dünya enerji bazarının konyunkturasından faydalanaraq öz mövqelərini gücləndirir. Bu, Azərbaycan hakimiyyətinin davamlı və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir. Ermənistan təcrid olunmasının artması təsadüf deyil. Bu, birbaşa İrəvanın Rusiyanın peyki olmağa izn verdiyi dövlət siyasətinin nəticəsidir. Nəticədə Ermənistan Azərbaycandan fərqli olaraq digər ölkələr üçün iqtisadi cəlbediciliyini itirib. Rusiyanın yeganə hədəfi Ermənistanda öz strateji obyektlərini saxlamaqdır. Bakı bundan istifadə edib, uğurlu xarici siyasət yürüdür. Aprel müharibəsindən sonra Prezident İlham Əliyev ciddi şəkildə öz siyasi mövqeyini gücləndirib. Ona görə ki, o, müəyyən əraziləri qaytarmağı bacaran ilk prezidentdir. O göstərdi ki, erməni ordusu məğlubedilməz deyil və öz ordusunun son illər ərzində modernləşməsini nümayiş etdirdi. Müharibə və böyük itkilərlə bağlı təhdid Ermənistanın xarici siyasəti dəyişməyənə qədər davam edəcək. İrəvan Rusiyanın strateji müttəfiqidir, amma bu müttəfiqin erməni planlarında Qarabağa yer yoxdur”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler