Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Eli Hesenov 4 neferin yanib olduyu yere getdi

10 views29/11/2016

12:04

– xeber –
Bu gecə Bakıda bir ailənin məhv olması ilə nəticələnən dəhşətli hadisənin təfərrüatlarını öyrənmək məqsədilə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov hadisə yerinə baxış keçiriblər.

APA-nin xəbərinə görə, onlar yarımtikilidə məskunlaşan Füzuli və Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb.

Müəyyən olunub ki, hadisə nəticəsində 10 ailə evsiz qalıb, onlardan bəzilərinin evi tamamilə yanıb.

İcra başçısı Arif Qasımov lazım olan bütün tədbirlərin qısa zaman ərzində görüləcəyini bildirib. Ümumilikdə yarımtikilidə 20-dək ailə yaşayır.

Xatırladaq ki, Bakı şəhəri, Nizami rayonunda tikintisi sovet dövründən yarımçıq qalmış yaşayış binasında yanğın baş verib.

Yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Seymur Əkbər oğlu Babaşov, həyat yoldaşı 1986-cı il Cəvahir Əlövsət qızı Babaşova və övladları – 2005-ci il təvəllüdlü Fərhad, 2007-ci il təvəllüdlü Elşadın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə, tüstü əsasən Babaşovların yaşadığı mənzilə dolduğundan, onlar xilas ola bilməyiblər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler