Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Eli Abbasov 300 min sohbetine aydinliq getirdi

10 views21/11/2016

13:36

– xeber –
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibət bildirib.
Bu barədə Unikal.org-a açıqlama verən Əli Abbasov deyib ki, ümumiyyətlə, belə bir ifadə verməyib. Onun sözlərinə görə, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərinin ilkin istintaq zamanı verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır:
"Bunların heç birinin əsası yoxdur. Mənim elə bir ifadəm olmayıb. Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirib. Bu məqsədlə gənc mühəndis və mütəxəssislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirməsi, müxtəlif seminar konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirilib. Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, Start-UP şirkətlərinin texniki təminatının gücləndirilməsinə yönəldilib. Ancaq bu vəsaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler