Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Elet-Astara magistralinda mikroavtobus asdi: 7 olu

14 views24/11/2016

13:36

– xeber –
Masallıda ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə noyabrın 24-də saat 11.55 radələrində Ələt-Astara magistralının 157-ci kilometrliyində, Təzə Alvadı kəndi ərazisində qeydə alınıb.
Masallının Çaxırlı kənd sakini, 1961-ci il təvəllüdlü Məharət Xamməd oğlu Xancanovun idarə etdiyi “Mersedes” markalı, 10 ME 461 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu qəfildən idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədə sürücü də daxil olmaqla daha 6 sərnişin – Masallının Çaxırlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Babək Allahverdi oğlu Məmmədov, 1972-ci il təvəllüdlü İlhamə Allahyar qızı Rəhimova, 1968-ci il təvəllüdlü Sirac Əvəz oğlu Alışov, 1959-cu il təvəllüdlü Aidə Vəli qızı Qurbanova, 1999-cu il təvəllüdlü Cavad Sirac oğlu Məmmədov və 1991-ci il təvəllüdlü Musa Şahmar oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Zərərçəkmişlərə müvafiq tibbi yardım göstərilib. Onlardan 5 nəfəri ambulator müalicəyə buraxılıb.
Mikroavtobusun sürücüsü və sərnişin Musa Talıbov isə stasionar müalicəyə cəlb olunub

İlkin versiya kimi hadisənin nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verdiyi bildirilir.

Qəzanın dəqiq başvermə səbəbləri ekspertizanın çıxaracağı yekun rəydən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler