Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Elektrik cerayani vuran sexs Bakida oldu

13 views05/11/2016

18:48

20:40 – xeber – Ötən gün Astara rayonunun Şiyəkəran kəndində nohurdan balıq tutarkən elektrik enerjisi vuran şəxs Bakıdakı klinikalardan birində dünyasını dəyişib.
 
Report-un verdiyi xəbərə görə, kənd sakini 49 yaşlı Rahim Baladadaş oğlu İmanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində həkimlərin ilkin tibbi müdaxiləsindən sonra Bakı şəhərinə göndərilib. Göstərilən yardımlara baxmayaraq R.İmanov klinikada dünyasını dəyişib. Mərhumun meyiti Astaraya gətirilib, bu gün dəfn olunacaq.
 
Xatırladaq ki, R.İmanov əlindəki qırmaqla nohurdan balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan su hövzəsinin yaxınlığında, yerdən bir neçə metr aralı olan yüksək gərginlikli elektrik xəttinə toxunub. Qırmağın yüksək cərəyanı onun bədəninə ötürməsi nəticəsində R.İmanov yanıq xəsarətləri alıb.
 
Faktla bağlı araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler